...Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson kitabları üzərində işləyərkən süni intellektdən fəal istifadə etdiyini açıqlayıb. O, ChatGPT platformasından istifadə etdiyini etiraf edən sabiq nazir bunu "möcüzə" adlandırıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Politico yazır.
…Mən süni intellekti sevirəm. ChatGPT-ni sevirəm. Bu, tamamilə fantastikdir, - Conson deyib.
O, kitab yazarkən sistemdən istifadə etdiyini və süni intellektin onu tərifləməsini xoşladığını deyir.
Oksfordda klassika fakültəsini bitirmiş keçmiş baş nazir süni intellektin inkişafında böyük potensial gördüyünü qeyd edib.
…Mən bu texnologiyada böyük vədlər görürəm, çünki hamımız sadəyik - biz insanıq, -deyib.
COVID-19 pandemiyası zamanı hökumətə rəhbərlik edən Conson, həmçinin süni intellektin dövlət xərclərini əhəmiyyətli dərəcədə azalda və vergi ödəyicilərinin pullarına qənaət edə biləcəyini söyləyib.
Keçən il nəşr olunan "Unleashed" (“Azad edilmiş”) adlı xatirə kitabı açıq və bəzən qalmaqallı açıqlamaları sayəsində qızğın müzakirələrə səbəb oldu.
Siyasətə mümkün qayıdışla bağlı suala Conson qaçaq cavab verib: "Nəzəri cəhətdən hər şey mümkündür. Su yuxarıya doğru axa bilər - çətin, amma nəzəri olaraq bəli. Mən sadəcə partiyamın sağalmasını və öz hərəkətini bir araya gətirməsini istəyirəm".
…Hazırda Kemi Badenokun rəhbərlik etdiyi Mühafizəkarlar Partiyası ötən ilki seçkilərdə sarsıdıcı məğlubiyyətdən sonra böhran içindədir və rəy sorğularında aşağı səviyyədə qalır.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə