...daxili yanma mühərrikli avtomobillər onilliklər ərzində tələbatda qalacaq

Rusiya prezidenti Vladimir Putin benzin və dizellə işləyən avtomobillərin uzun müddət istifadədə qalacağını bəyan edib.

SİA-nın məlumatına görə, bunu dövlət başçısı Rusiya Enerji Həftəsi forumunun plenar iclasında çıxışı zamanı deyib. Putinin sözlərinə görə, qlobal birliyin daxili yanma mühərriklərini mərhələli şəkildə ləğv etmək planlarının real olmadığı sübuta yetirilib və qeyri-müəyyən müddətə təxirə salınır.

Prezident qeyd edib ki, insanlar benzinlə işləyən avtomobillərdən istifadə etməkdə davam edirlər və bundan sonra da uzun müddət istifadə edəcəklər.

Dövlət başçısı həmçinin bəyan edib ki, 2025-ci ildə qlobal neft tələbatı sutkada 104,5 milyon barrelə çatacaq və ötən ilin səviyyəsini bir milyon bareldən çox keçəcək.

Onun sözlərinə görə, neft məhsullarının istehlakında artımın əsas amili qlobal ÜDM artımını üstələyən neft-kimya sənayesinin inkişafıdır.

Putin vurğulayıb ki, elektrik avtomobillərinin populyarlığının artmasına baxmayaraq, elektrik enerjisi istehsalı hələ də ənənəvi mənbələrə əsaslanır: mazut, kömür və digər yanacaqlar.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə