ABŞ-nin “Apple Inc.” şirkəti yeni nəsil “M5” çipini təqdim edib. Şirkət bu çipi “iPad Pro” planşetlərinə, “Vision Pro” virtual reallıq eynəklərinə və 14 düymlük ekranlı “MacBook Pro” noutbuklarına inteqrasiya edib. SİA xəbər verir ki, bu barədə “Apple”ın yaydığı məlumatda deyilir.
Bildirilib ki, “M5” çipi 3 nanometr proses texnologiyası əsasında hazırlanıb və on nüvəli qrafik prosessora malikdir. Hər bir nüvə süni intellekt üçün xüsusi sürətləndirici ilə təchiz olunub. Yeni çip əvvəlki nəsil “M4” ilə müqayisədə daha güclü mərkəzi prosessora sahibdir. “Apple”ın məlumatına görə, “M5” çipinin süni intellekt tapşırıqları üçün maksimal hesablama gücü “M4” çipi ilə müqayisədə dörd dəfə yüksəkdir. Yeni “iPad Pro”, “Vision Pro” və “MacBook Pro” modelləri üçün “M5” çipli cihazlara ilkin sifarişlər artıq açılıb. Satışlar oktyabrın 22-də başlayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə