Krakovdakı süni intellekt fabriki Avropa İttifaqından 300 milyon zloti alacaq.
SİA xəbər verir ki, Polşa radiosunun məlumatına görə, bu vəsait müasir hesablama infrastrukturunun yaradılmasına və süni intellektin inkişafına yönəldiləcək.
Polşa iki süni intellekt fabriki tikən üç Avropa ölkəsindən biri olacaq.
Baş nazirin müavini və rəqəmsal texnologiyalar naziri Kşiştof Qavkovski bunun bütün polyakların xeyrinə olacağını bəyan edib.
...Deyə bilərsiniz ki, süni intellekt fabriki xərçəngin daha sürətli diaqnozu və təhlili deməkdir. Bu, sağ qalmaq və xərçəngə qalib gəlmək şansıdır. Bu, diaqnoz üçün həftələr və ya aylar gözləməli olmamaq şansıdır, əksinə, diaqnozu bir neçə gün, hətta saatlar ərzində müəyyən etmək olar. Süni intellekt həm də böhranın idarə olunması deməkdir, - Kşiştof deyib.
Polşanın Rəqəmsal Texnologiyalar Naziri əlavə edib ki, süni intellekt yaxın gələcəkdə kənd təsərrüfatı və enerji sahələrində istifadə oluna bilər.
Qeyd edək ki, hazırda İspaniya və Almaniyada iki süni intellekt fabriki fəaliyyət göstərir.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə