Tesla, Model Y-nin büdcə versiyasını təqdim etdi...

Tesla şirkəti Model Y krossoverinin ən sərfəli versiyasını təqdim edib.

SİA-nın məlumatına görə, Standart adlandırılan yeni modelin qiyməti 41 630 dollardır.

Standart versiya, ilk növbədə, aşağı salınmış xüsusiyyətləri ilə seçilir. Panoramik dam yoxa çıxdı, sükan indi əl ilə tənzimlənir, oturacaqlar artıq parçadır, arxa oturacaqların işıqlandırması və qızdırıcısı çıxarılıb.

15,4 düymlük ekrana malik məlumat-əyləncə sistemi dəyişməz olaraq qalır.

Model 18 düymlük təkər diskləri ilə təchiz edilib. Model Y Standard arxa oxda 300 at gücünə malik tək elektrik mühərriki və 69,5 kVt/saat batareya ilə təchiz edilib.

Aralıq məsafəsi 517 km (325 mil)dir. 0-dan 100 km/saata (62 mil/saat) sürətlənmə 6,8 saniyə çəkir.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə