...6 oktyabr 1995-ci ildə İtaliyanın Florensiya şəhərində isveçrəli astronomlar Mişel Mayor və Didye Kelo günəş sistemimizdən kənarda ilk planetin - 51 Peqasi b.
Bu kəşf bəşəriyyətin kainat haqqında anlayışını həmişəlik dəyişdi.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə The Conversation yazır.
Peqas bürcündəki 51 Peqasi ulduzunun ətrafında fırlanan planet Yupiterə bənzəyirr, lakin ulduza o qədər yaxın olan nəhəng qaz dünyası olduğu ortaya çıxdı ki, onun atmosferi 1000°C-ə qədər qızır.
Kəşf ulduzun görünməmiş yoldaşının cazibə qüvvəsi altında kiçik salınımlarını qeydə alan Elodie spektroqrafı sayəsində mümkün olub.
Beləliklə, əvvəllər elmə məlum olmayan bir planet növü olan "isti Yupiter" termini yarandı.
O vaxtdan bəri astronomlar 6000-dən çox ekzoplanet kəşf ediblər. Onlar iki ulduzun ətrafında fırlanan nəhənglərdən tutmuş kiçik qayalı dünyalara qədər dəyişir.
Ancaq hələ heç biri Yer kürəsinə bənzəmir.
Bu gün "ikinci Yer" axtarışları getdikcə daha dəqiq olan alətlərlə davam edir.
Bunlara La Palma teleskopunda HARPS-N spektroqrafı və 2025-ci ildə istifadəyə veriləcək gələcək HARPS3 daxildir. Bu alətlər ulduzların salınımlarını saniyədə santimetr dəqiqliklə ölçərək uzaq planetlərin kütləsini və tərkibini müəyyən etməyə imkan verir.
Astronomların fikrincə, məhz bu müşahidələr nə vaxtsa Yerin əsl analoqunu – oxşar kütlə, ölçü və temperatura malik, Günəşimizə bənzər ulduzun ətrafında fırlanan planeti tapmağa kömək edəcək.
51 Pegasi b-nin kəşfindən 30 il sonra bəşəriyyət əsas suala cavab verməyə həmişəkindən daha yaxındır: Kainatda biz təkikmi?
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə