Ən sərfəli idman avtomobillərinin adı açıqlanıb...

Bu modellər sürücüləri qiymətindən də çox sevindirəcək...

...Mütəxəssislər 2025-ci ilin ən yaxşı idman avtomobillərinin siyahısını tərtib ediblər. Sürücülük həzzini dəyərləndirən sürücülər üçün qiymət də əsas amildir. Buna görə də, siyahıdakı modellər seqment standartlarına görə ucuzdur.

Bu avtomobillər istənilən sürücünü asanlıqla sevindirəcək. SİA-nın məlumatına görə, Motor1 onların siyahısını tərtib edib.

Maraqlıdır ki, bu modellərin bir çoxu ailə avtomobilləri və məşhur, darıxdırıcı krossoverlərlə müqayisə edilə bilən qiymətə malikdir.

Əlverişli idman avtomobilləri təkcə nəqliyyat vasitəsi deyil, həm də dinamik sürücülük təcrübəsi üçün əla fürsətdir.

Əsas odur ki, sürət həddində olsun.

2025-ci ilin ən ucuz idman avtomobilləri:

-Mazda MX-5 - 30 515 dollar;

-Toyota GR86 - 31 960 dollar;

-Honda Civic Si - 32 190 dollar;

- Volkswagen GTI - 33 670 dollar;

-Ford Mustang EcoBoost - 33 515 dollar;

-Subaru WRX - 33 855 dollar;

-Mini Cooper S - 33 975 dollar;

-Acura Integra - 34 195 dollar;

-Volkswagen Jetta GLI - 35 020 dollar;

-Hyundai Elantra N - 35 595 dollar;

-Subaru BRZ - 37 055 dollar;

-Mazda3 Turbo - 37 975 dollar;

-Mini Cooper JCW - 40 075 dollar;

-Toyota GR Corolla - 42 495 dollar;

-Nissan Z - 44 215 dollar;

-Honda Civic Type R - 47 090 dollar;

-Ford Mustang GT - 48 555 dollar;

-Volkswagen Golf R - 50 730 dollar;

-Cadillac CT4-V - 52 120 dollar;

-Audi S3 - 53 295 dollar.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə