Iveco yüngül furqonları yerli brend altında Rusiya bazarına çıxacaq...
...Iveco Fidato yüngül kommersiya avtomobillərinin rəsmi satışı yaxın aylarda Rusiyada başlayacaq.
Lakin onlar italyan brendi ilə deyil, rus brendi ilə satılacaq. SİA xəbər verir ki, “Trucks and Everything” Telegram kanalının məlumatına görə, layihə “Promtex” (Nijni Novqorod) şirkəti tərəfindən həyata keçirilir.
Resurs Rusiyaya gətirilən ilk Fidatosun fotoşəkillərini dərc edib. Onlar Rusiya layihəsinin təşəbbüskarı tərəfindən öz daxilində yaradılmış unikal ön bamper ilə fərqlənirlər.
Iveco markası olsa da, Fidato əslində Çində, SAIC ilə birgə Navecoda istehsal olunur.
Model mahiyyət etibarı ilə Maxus V70-in yenidən düzəldilmiş versiyasıdır. Fidato-nun ümumi uzunluğu, eni və hündürlüyü baza konfiqurasiyasında (aşağı dam ilə) müvafiq olaraq 4998, 2030 və 2035 mm-dir, təkər bazası 3000 mm-dir.
Avtomobil 150 at qüvvəsi və 375 Nm fırlanma anı hasil edən 2,0 litrlik SAIC turbodizel mühərriki ilə təchiz edilib.
Avro 6d emissiya standartına cavab verir.
Mühərrik 6 pilləli mexaniki və ya 9 pilləli avtomatik transmissiya ilə birləşdirilir.
Maşın ön təkərdir.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə