Ədliyyə Nazirliyi süni intellekt əsaslı rəqəmsal xidmət istifadəyə verib
Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilən islahatlar çərçivəsində proseslərin optimallaşdırılması və rəqəmsallaşdırılması istiqamətində növbəti addım kimi daşınmaz əmlakın bazar dəyərini müəyyən etməyə imkan verən süni intellekt dəstəkli yeni əmlak qiymətləndirmə xidməti istifadəyə verilib. Bu barədə SİA-ya Ədliyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, bu rəqəmsal xidmət daşınmaz əmlakın alqı-satqısı zamanı həm vətəndaşların, həm də notariusların istifadəsi üçün nəzərdə tutulub. Belə ki, yeni xidmət vasitəsilə alqı-satqı zamanı istər vətəndaşlar, istərsə də notariuslar mənzil, torpaq sahəsi, yaşayış və qeyri-yaşayış kateqoriyaları üzrə daşınmaz əmlakın təxmini bazar qiymətini hesablaya biləcəklər.
Əmlakın əsas xüsusiyyətlərinin daxil edilməsi əsasında sistem qiymətləndirmə aparır və daim yenilənən real bazar qiymətlərinə yaxın nəticə hesablayır. Bu isə vətəndaşlara və notariuslara vaxt itirmədən daşınmaz əmlakın cari vəziyyətinə uyğun ehtimal olunan qiymət ilə tanış olmağa şərait yaradır.
İstifadə olunan məlumatlar ilk növbədə Elektron Notariat İnformasiya Sisteminə əsaslanır və əvvəlki illərdə həyata keçirilmiş əmlak alqı-satqısı əməliyyatlarını əhatə edir. Həmçinin gündəlik yenilənən bazar qiymətləri nəzərə alınmaqla, daşınmaz əmlak alqı-satqısı bazarından və açıq mənbələrdə dərc olunan elanlardan əldə edilmiş məlumatlar emal olunaraq süni intellekt modelləri vasitəsilə nəticələrə inteqrasiya edilir. Sonda istifadəçiyə əmlakın ehtimal olunan qiyməti barədə məlumat verilir.
Xidmətdən yararlanmaq üçün www.notariat.az ünvanına daxil olaraq "Əmlak qiymətləndirilməsi" səhifəsinə keçid etmək kifayətdir.
Yeni xidmətin istifadəyə verilməsi daşınmaz əmlak bazarında şəffaflığın artırılmasına, əmlak alqı-satqısı proseslərinin daha əlçatan və rahat şəkildə həyata keçirilməsinə, həmçinin müasir rəqəmsal texnologiyaların tətbiqi vasitəsilə ölkədə innovativ həllərin inkişafına mühüm töhfə verəcək.
Xəbər lenti
Sudanda təyyarə qəzası olub - 5 uşaq həlak olub
Dünya 23:02Jeep Avropanı azad edən əfsanəni canlandıracaq...
Texnologiya 20:49Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilib...
Siyasət 20:43Gənc çinlilər kommunizmdən üz döndərirlər...
Dünya 20:27Alsu yenidən ana olmağa qarşı deyil...
Şou-Biznes 20:05Ölümcül yük altında yatmaq...
Sosial 19:51ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 18:49İnsanı inandırmağın yeddi yolu..?
Sosial 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 17:52Kobaxidze Ermənistana səfər edib
Dünya 17:20Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
Dünya 17:07Paşinyan İşçi Qrupu yaradıb...
Dünya 17:02Bakı Bəyannaməsi qəbul edilib
Siyasət 16:34Avrasiya diplomatiyasının Bakı triumfu - ANALİZ
Siyasət 16:25Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 16:20Hərbivəzifəlilərin təlim toplanışı davam edir
Siyasət 14:51Bu ilin ilk 9 ayı ərzində ölkə ərazisində 1 100 transformator təmir olunub
İqtisadiyyat 14:50Tarixin yeni dövrünü yazan və yaşadan lider TƏHLİL
Siyasət 14:37Yəmən müharibəsi necə bitəcək? - GÜNÜN SUALI
Siyasət 14:35“Azərişıq”da elektrik enerjisi itkiləri azalır
İqtisadiyyat 14:03Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb
İqtisadiyyat 13:55"Azərişıq" ASC bu ilin yanvar-sentyabr aylarında 272 892 müraciət qəbul edib
İqtisadiyyat 13:49Payız depressiyası nədir? - ARAŞDIRMA
Sosial 13:46BDYPİ beynəlxalq sərgidə təmsil olunur
Sosial 13:20Sabah Bakıda hava çiskinli olacaq
Hadisə 12:51Laos üzv dövlət qismində AQEM-ə qoşulub
Siyasət 12:44SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...
Sosial 11:51Bakıda kəlağayı ilə milli irs yürüşü keçirilib - REPORTAJ
Mədəniyyət 10:55Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9067
+0,06%
-
GBP
2,2514
-0,24%
-
RUB
2,0148
-0,75%

2008-2026. Səs İnformasiya Agentliyi, Bütün hüquqlar qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.
İfadə olunan fikirlərə sayt məsuliyyət daşımır.
Ünvan: Üzeyir Hacıbəyli küçəsi, 66; Bakı, Azərbaycan.
Email: [email protected] Tel.: (+994 12) 598-33-90; Faks: (+994 12) 493-11-62;



