Süni intellekt dövründə ən çox tələb olunan işlərin adı açıqlandı...

Bunlar İT mütəxəssisləri deyil...

...Nvidia-nın baş direktoru Censen Xuan hesab edir ki, növbəti onillikdə ən çox tələb olunan işlər ofislərdə deyil, tikintidə - elektrikçilər, santexniklar və digər mavi yaxa işçilər arasında olacaq.

Onun sözlərinə görə, süni intellekt tezliklə proqramçılardan daha yaxşı kod yazmağı və marketoloqlardan daha dəqiq satmağı öyrənəcək.

Bununla belə, məlumat mərkəzi üçün kabellər quraşdıra və ya soyutma sistemini yığa bilən bir insanı əvəz etmək hələ də mümkün deyil.

SİA-nın məlumatına görə, Xuan İngiltərədə Kanal 4-ə müsahibəsində “...əgər siz elektrikçi, santexnika, dülgərsinizsə, bütün bu süni intellekt fabriklərini qurmaq üçün yüz minlərlə onlara ehtiyacımız olacaq. Və hər bir iqtisadiyyatda ixtisaslı işçi sektoru yüksələcək,- deyib.

Mavi yaxalı işçilərin bumu, resursların daim artırılmasını tələb edən süni intellekt infrastrukturunun genişləndirilməsinin dəstəklənməsi üçün həlledici amil olacaq.

...Siz qurmaq məcburiyyətində qalacaqsınız; hər il işçi qüvvənizi ikiqat artırmalı olacaqsınız. Düşünürəm ki, on il ərzində burada Böyük Britaniyada süni intellekt infrastrukturu quracaqsınız.

Bunu da Xuan deyib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə