Avropanın ən populyar avtomobilinin adı açıqlanıb...

Bu modelin istehsalına hələ 1990-cı ildə başlanılıb...

2025-ci ilin əvvəlindən iyul ayına qədər olan dövr üçün yekun məlumatlara əsasən, Renault Clio avtomobili bir pillə irəliləyərək satışlarda 8,5 faiz artım nümayiş etdirərək Avropa bazarının yeni lideri oldu.

SİA xəbər verir ki, bu barədə “Focus2Move” məlumat yayıb. Mütəxəssislər bu avtomobilin üstünlüklərinə dəfələrlə diqqət çəkiblər. Onların arasında onun dəbli dizaynı, münasib qiyməti, qənaətcilliyi, eləcə də rahat asması və xoş idarə olunması olub. Bazarın digər liderlərinə gəlincə, Dacia Sandero bir pillə geriləyərək ikinci yeri tutdu.

Onun arxasında Volkswagen T-Roc dayanır və Peugeot 2008 ilk onluğu bağlayır.

Avropanın ən populyar 10 avtomobili:

1. Renault Clio (+8,5).

2. Dacia Sandero (-9,7 faiz).

3. Volkswagen T-Roc (+4,2 faiz).

4. Volkswagen Golf (-14,2 faiz).

5. Dacia Duster (+2,9 faiz).

6. Volkswagen Tiguan (+3,6 faiz).

7. Opel Corsa (+6,9 faiz).

8. Lada Granta (-6,4 faiz).

9. Citroen C3 (-15,8 faiz).

10. Peugeot 2008 (+7,7 faiz).

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə