İyul satışları şirkətin tarixində ən yüksək göstərici olub...

...Toyota 2025-ci ilin iyul ayında rekord qlobal satışa imza atdı - Lexus, Daihatsu və Hino markaları da daxil olmaqla 963 796 avtomobil.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu, şirkətin tarixində bu ay üçün ən yaxşı nəticədir.

Ümumilikdə, ilin əvvəlindən istehsalçı 6 milyondan çox avtomobil satıb ki, onların da təxminən 40 faizi elektrikləşdirilmiş güc aqreqatlarına malikdir.

Şimali Amerika keçən ay 254 298 avtomobilin satıldığı Toyota-nın ən böyük bazarı olaraq qalır.

Uğur hibrid modellərə və Tacoma və 4Runner pikaplarının yeni nəsillərinə artan tələbatla təmin edilib.

Avropada da şirkət digər avtomobil istehsalçılarının üzləşdiyi problemlərə baxmayaraq satışlarını artırmağı bacarıb.

Xarici brendlərin rəqabət aparmasının ənənəvi olaraq çətin olduğu Çində Toyota 151 669 avtomobil satıb ki, onların arasında GAC ​​ilə birlikdə yaradılmış bZ3X elektromobili, eləcə də hibridləri xüsusilə yaxşı nəticələr göstərib. Yaponiyada şirkət sabit tələbi qeyd edərək 135 249 avtomobil satıb.

Ümumilikdə, Toyota yanvar-iyul aylarında 6 058 731 avtomobil satıb. Onların 2,9 milyondan çoxu elektrikləşdirilib, lakin yalnız 100 minə yaxını tam elektriklə işləyən modellər olub.

Buna baxmayaraq, iyul ayı elektromobil satışı üçün ən uğurlu ay olub: şirkət 17 896 belə avtomobil satıb.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə