Teleqramda möhtəşəm yenilik

Teleqramda istifadəçilər artıq profillərində musiqini göstərmək imkanına malik olacaqlar. SİA xəbər verir ki, messencer komandası bu barədə rəsmi açıqlama yayıb.

Yeni funksiyaya görə, istifadəçinin şəklinin altındakı treklər üçün ayrıca panel görünəcək. İstənilən söhbətlərdən musiqi əlavə etmək mümkündür və bu, daxili media pleyer vasitəsilə həyata keçirilir. Profilə mahnı əlavə edildikdə isə əvvəlki trekləri özündə birləşdirən pleylist yaradılır. Bundan başqa, Teleqram Android tətbiqində istifadəçi profilləri yenidən dizayn edilib. İndi şəkil ekranın mərkəzində "kiçildilmiş" formada yerləşir və istifadəçinin kolleksiya hədiyyələri varsa, şəkli əhatə edir.

Bütün xəbərlər Facebook səhifəmizdə