Astronomlar 300 qəribə parlaq obyekt aşkar ediblər...

Kəşf kainatın 13 milyard ildən çox əvvəl necə formalaşdığını daha yaxşı anlamağa imkan verir...

...Webb Kosmik Teleskopundan istifadə edən astronomlar ilk qalaktikalar sırasında 300 çox parlaq obyekt aşkar ediblər. Lakin astronomlar onların nə olduğuna tam əmin deyillər.

Əgər bunlar qalaktikalardırsa, onlar Kainatın təkamülünün indiki modellərindən daha parlaqdırlar.

Bu kəşf Kainatın 13 milyard ildən çox əvvəl necə formalaşdığını və təkamül etdiyini daha yaxşı başa düşmək imkanı verir.

SİA-nın məlumatına görə, tədqiqat “The Astrophysical Journal”-da dərc edilib.

Astronomlar 13,8 milyard il olduğu təxmin edilən Kainatın yaranmasından bir neçə yüz milyon il sonra mövcud olan 300 gözlənilməz parlaq obyekt aşkar ediblər.

Bunlar ilk qalaktikalar arasında və ya başqa obyektlər ola bilər. Kainatın mövcud təkamül modelləri, Böyük Partlayışdan bir neçə yüz milyon il sonra meydana çıxan qalaktikaların çox sönük olması lazım olduğunu göstərir.

Bu, onların hələ çox ulduzlarının olmaması ilə əlaqədardır. Lakin potensial qalaktikalar olması lazım olduğundan daha parlaqdır.

Astronomların fikrincə, aşkar edilmiş 300 obyektdən ən azı bəzilərinin erkən qalaktikalar olduğu ortaya çıxsa, bu kəşf erkən Kainatda qalaktikaların əmələ gəlməsi ilə bağlı mövcud nəzəriyyələrə qarşı çıxa bilər.

Bu dövrdə ilk ulduzlar və qalaktikalar meydana gəlməyə başladı. Alimlər deyirlər ki, parlaq cisimlər bizdən çox uzaqdır, çünki Kainatın genişlənməsinə görə onlar 13 milyard işıq ilindən daha uzaqdadırlar.

Halbuki bu obyektlərdən gələn işıq 13 milyard ildən artıqdır ki, bizə səyahət edir və Kainatı o zamankı kimi göstərir.

Məsafələri hesablamaq üçün astronomlar cisimlərin təxmini yaşını, kütləsini müəyyən etmək üçün isə işığın müxtəlif dalğa uzunluqlarında olan parlaqlığını təhlil etdilər.

...Webb teleskopu infraqırmızı alətləri sayəsində astronomlara kosmosun uzaq keçmişinə nəzər salmağa imkan verir.

İndi astronomlar diqqətlərini ən parlaq işıq mənbələrinə yönəltmək niyyətindədirlər. Əgər bunların qalaktika olduğu ortaya çıxsa, bu kəşf ilk kosmik strukturların nə qədər sürətlə əmələ gəldiyini və təkamül etdiyini başa düşməmizi yaxşılaşdıracaq.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə