Sirli kosmik obyekt yadplanetli gəmi ola bilər..?

Bu fərziyyə Harvarddan bir alim tərəfindən irəli sürülüb...

...Bu yaxınlarda kəşf edilmiş ulduzlararası obyekt 3I/ATLAS alimlər arasında qızğın müzakirələrə səbəb olub.

Bu “qonaq” ilk dəfə 2025-ci ilin iyulunda diqqət çəkib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Interesting Engineering yazır.

Harvard Universitetinin astronomu Avi Leb cəsarətli fərziyyə irəli sürüb: obyekt yadplanetli texnologiya ola bilər. O, bloqunda qeyd edib ki, Hubble teleskopundan alınan görüntülərdə kometa Günəşə doğru hərəkət etməzdən əvvəl qeyri-adi parıltı müşahidə olunur.

Lebə görə, işıq adi kometalarda olduğu kimi tozdan deyil, mərkəzi mənbədən gəlir.

Alim iki versiya təklif edir: ya bu, fövqəlnovanın nadir radioaktiv fraqmentidir, ya da ... ulduzlararası kosmosda səyahəti zamanı toplanmış toz izini buraxan nüvə kosmik gəmisidir.

Lebin fikrincə, süni mənşəyi göstərə bilən obyektin "incə tənzimlənmiş trayektoriyasına" da diqqət çəkib.

Bununla belə, o, etiraf edir ki, fərziyyəni təsdiqləmək üçün ciddi sübutlar lazımdır. Leb daha əvvəl də oxşar iddialar irəli sürmüşdü, o cümlədən o bunu texnoloji bir artefakt hesab edib.

O, hətta Sakit Okeanın dibindəki ulduzlararası obyektin dağıntılarını axtarmaq üçün ekspedisiya təşkil edib.

Oktyabrın 3-də 3I/ATLAS Marsa yaxın uçacaq və alim NASA-nı daha ətraflı araşdırma üçün MRO orbitatorundan istifadə etməyə çağırır.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə