"Meta” şirkəti vatsapın populyar söhbət proqramında reklamlar göstərməyə başlayacaq. SİA xəbər verir ki, bu barədə şirkət özü açıqlama yayıb.
Məlumatda bildirilir ki, vatsapda reklamlar yalnız proqramın gündəlik 1,5 milyard insanın istifadə etdiyi “yeniləmələr” bölməsində görünəcək.
Tərtibatçılar qeyd ediblər ki, bu reklamlar şəxsi çatlarda görünməyəcək.
Bununla da reklam agentləri həmin vatsap kanalları vasitəsilə məhsullarını tanıtmaq imkanı əldə edəcəklər.
Qeyd edək ki, “Meta” şirkəti 2014-cü ildə vatsapı aldıqdan sonra ilk dəfədir ki, mesencerdə reklamlar təqdim edir.
Bütün xəbərlər Facebook səhifəmizdə