Jeep məşhur krossoverin istehsalını dayandırdı...

Brend Avropada elektrik modellərinə diqqət yetirməyi planlaşdırır...

...Jeep şirkəti özünün yığcam krossoveri Renegade-nin istehsalını dayandırmaq qərarına gəlib.

SİA xəbər verir ki, bu barədə Almaniyanın “Auto Motor und Sport” nəşri məlumat yayıb.

…Bazar dinamikasında, müştərilərin üstünlüklərində və normativ tələblərdəki dəyişikliklərə uyğunlaşmaq üçün Jeep brendi Avropada hazırkı Renegade xəttinin istehsalını tədricən dayandırmaq qərarına gəlib.

Bunu brendin nümayəndələri jurnalistlərə bildiriblər.

Bu modelin son avtomobilləri 2025-ci ilin sonuna kimi İtaliyanın Melfi şəhərində konveyerdən çıxacaq.

Onu da xatırladaq ki, 2023-cü ildən ABŞ-da krossoverin istehsalı dayandırılıb, ona görə də o, artıq Şimali Amerika bazarını tərk edib.

Məşhur krossoverin həyat dövrünün sonu Stellantis konserninin inkişaf strategiyası ilə bağlıdır.

Məsələ burasındadır ki, Renegade köhnəlmiş, artıq modernləşdirilməyən Small Wide platformasına əsaslanır. Əvvəllər eyni platformada yaradılmış Fiat 500X krossoverinin istehsalı dayandırılmışdı.

Satışların əvvəlindən Renegade markanın əsl hitinə çevrildi. Jeep bütün dünyada iki milyondan çox, o cümlədən Avropada 500.000-dən çox avtomobil satıb.

İstehsal dövründə Renegade-nin bir xüsusiyyəti onun müxtəlif versiyaları idi. O, tam təkərli və ya ön təkərli, müxtəlif benzin və dizel mühərrikləri ilə, daha sonra hibrid və plug-in hibrid versiyalarında təklif edildi.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə