“Samsung” ABŞ-da çip istehsalına milyardlarla dollar sərmayə qoyacaq...

İnvestisiyalar əlavə rüsumların qarşısını almağa kömək edəcək...

...“Samsung” şirkəti ABŞ-da yarımkeçirici çiplərin istehsalına və qablaşdırılmasına investisiyalarını əhəmiyyətli dərəcədə artırmağı düşünür.

SİA-nın məlumatına görə, bu barədə Koreyanın SEDaily nəşri məlumat yayıb.

Samsung ABŞ-da istehsal güclərinin, xüsusən qablaşdırma və mikroçip istehsalı texnologiyalarının inkişafına əlavə olaraq 10 trilyon Koreya vonunu (təxminən 7,2 milyard dollar) investisiya etməyi planlaşdırır.

Şirkətin ABŞ-da bu sahədə ümumi investisiyası ilkin olaraq 44 milyard dollar nəzərdə tutulmuşdu, lakin əvvəlki dövrdə müştəri çatışmazlığı səbəbindən bu məbləğ 37 milyard dollara endirilib, bəzi layihələr, xüsusilə də çip qablaşdırması təxirə salınıb.

SamMobile nəşrinin qeyd etdiyi kimi, şirkət əlavə rüsum və tariflərdən yayınmaq üçün birbaşa ABŞ-da 2 nanometrlik və 4 nanometrlik çiplər istehsal etməyi planlaşdırır.

Texas ştatının Taylor şəhərində Taylor Fab 1 zavodunun tikintisi artıq 91,8 faiz tamamlanıb.

Şirkət istehsal prosesinin əsas elementi olan təmiz otağı 2025-ci ilin sonunadək başa çatdırmağı planlaşdırır.Mikroçiplərin istehsalı üçün avadanlıqların quraşdırılması 2026-cı ilə planlaşdırılır.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə