...Sanksiyalara baxmayaraq, İran birinci nəsil Renault Logan-ın restayllaşdırılmış versiyasının istehsalına başlayıb. Avtomobil Pars Nova adlanır.
Yeni modelin dizaynı və interyeri yenidən işlənib. Burada yerli istehsal olunan komponentlərdən istifadə olunur. Avtomobildə sensor ekranlı multimedia sistemi, rəngli panel, ayrıca ekranlı klimat-kontrol var.
Yeni modelin kapotunun altında 5 pilləli mexaniki sürət qutusu ilə tandemdə işləyən 113 at gücünə malik 1,6 litrlik benzin mühərriki var.
SİA-nın məlumatına görə, “Rossiyskaya qazeta” xəbər verir ki, gələcəkdə avtomatik transmissiyalı versiya peyda ola bilər. …Xatırladaq ki, 2025-ci ildə ucuzlaşacaq avtomobil markaları məlum olub.
…Rusiya Federasiyasında Camry XV40-ın 2,5 milyon rubla satışına başlanılıb.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə