ABŞ-da tərk edilmiş 1955-ci il istehsalı olan Porsche 356 tapılıb. Məşhur idman avtomobili altı onillikdən artıqdır ki, qarajdan çıxmır.
Bu Porsche 356 Speedster hazırda Böyük Britaniyada hərraca çıxarılıb və avtomobil pis vəziyyətdə olsa da, onun 400.000 funt-sterlinqə (536.000 dollar) qədər satılacağı gözlənilir.
SİA xəbər verir ki, bu barədə Iconic Auctioneers saytında məlumat verilib.
Porsche 356 Speedster 1955-ci ildən eyni ailədədir.
Lakin 1962-ci ildə avtomobil artıq istifadə olunmur və bu günə kimi qarajda saxlanılır.
Onun yürüşü 104.000 km-dir.
Porsche 356 Speedster pasla örtülüb və onun boyası soyulub. Daxili bəzək zədələnib, lakin qatlanan dam təzə kimidir. Porsche 356 mühərrikinin asanlıqla işə düşməsi və rəvan işləməsi diqqət çəkir.
İdman avtomobili tamamilə orijinaldır, ona görə də satıcı onu bərpa etməmək qərarına gəlib.
Yeni sahibi bunu edə biləcək. Porsche 356 Speedster-in yüksək qiyməti onun nadirliyi ilə bağlıdır.
Bu kabrioletlərdən yalnız 4854-ü hazırlanıb və onlar kolleksiyaçılar tərəfindən yüksək qiymətləndirilib.
Məhz bu modellə Porsche brendi ABŞ-a gəldi. Bu Porsche 356 Speedster, 84 at gücü hasil edən 1,5 litrlik mühərriki ilə daha nadir erkən modeldir.
Sportkar 167 km/saat sürət yığa bilir.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə