Robot cərrah ilk dəfə insan müdaxiləsi olmadan əməliyyat edir..?

...Aparat cərrahiyyə əməliyyatlarının videogörüntülərinin təhlili ilə məşq edilib və real vəziyyətdə tapşırığı uğurla yerinə yetirərək öz bacarıqlarını nümayiş etdirib.

SİA-nın məlumatına görə, robot cərraha məsul vəzifə verildi - öd kisəsinin çıxarılması əməliyyatının ən çox əmək tələb edən mərhələlərindən birini yerinə yetirmək.

O, müstəqil və heç bir səhv etmədən bu vəzifəni uğurla yerinə yetirdi.

Robot əməliyyatı real xəstə üzərində deyil, real insan modeli üzərində həyata keçirib.

Səsli əmrlərə düzgün cavab verdi və təcrübəli mentorun rəhbərliyi altında çalışqan təcrübəçinin davranışını nümayiş etdirərək proses zamanı birbaşa öyrəndi.

Hətta real əməliyyatlar zamanı tez-tez yaranan qeyri-standart vəziyyətlərdə belə robot qüsursuz iş nümayiş etdirib.

“Science Robotics” xəbər verir ki, Cons Hopkins Universitetində hazırlanmış unikal sistem xəstənin fərdi anatomik xüsusiyyətlərini nəzərə alaraq və yaranan səhvləri operativ şəkildə aradan qaldıraraq çətin şəraitdə müstəqil qərar qəbul etmək qabiliyyətinə malikdir.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə