...Volkswagen Tavendor krossoveri yenilənmədən keçəcək və payızda Çində debüt edəcək. Modelin qiyməti 269 900 - 299 900 yuana (37 500 - 41 750 dollar) qədər olacaq.
SİA xəbər verir ki, bu barədə Autohom saytı məlumat yayıb. Beş yerlik Volkswagen Tavendor VW Touareg-ə daha ucuz alternativdir.
Krossover premium qardaşından daha böyükdür və içərisi daha genişdir. Yeni Volkswagen Tavendor 2026 keçən ilki modeldən daha dar radiator barmaqlığı və daha incə fənərləri ilə modifikasiya olunmuş ön hissəsi ilə fərqlənir.
Arxa işıqlar yenilənib. Avtomobil VW Tiguan və Tayron-un genişləndirilmiş MQB Evo platformasına əsaslanır.
Volkswagen Tavendor 2026 ölçüləri:
- uzunluq - 5007 mm;
- eni - 2015 mm;
- hündürlük - 1763 mm;
- təkər bazası - 2980 mm.
Casus fotolarda Volkswagen Tavendor salonu yoxdur. Güman edilir ki, krossover sərnişin üçün nəzərdə tutulmuş ön paneldə üçüncü displey alacaq.
Yeni Volkswagen Tavendor krossoveri 2,0 litrlik turbomühərriki saxlayacaq, lakin onun gücü 220 at gücündən 272 at gücünə qədər artırılacaq.
Maksimal sürət 200 km/saat ilə məhdudlaşır. Model 7 pilləli DSG robotu və tam ötürmə sistemi ilə təchiz edilib.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə