...Məlum olduğu kimi, süni intellekt dünyanı sürətlə dəyişir, sənayedən tutmuş gündəlik həyata qədər bütün sahələrə nüfuz edir.
...Və indi də süni intellektin insan yaradıcılığını əvəz edəcəyi ilə bağlı qorxular meydana çıxmaqdadır...
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Forbes jurnalı yazır.
...Əsas qorxulardan biri yaradıcı problemlərin həlli üçün süni intellektdən daimi istifadənin “bacarıq atrofiyasına” səbəb ola bilməsidir.
Bu nəzəriyyənin tərəfdarları hesab edirlər ki, təfəkkür daimi məşq tələb edən əzələ kimidir. Yaradıcı düşüncəni maşınlara etibar etməyə başlasaq, milyonlarla illik təkamül zamanı inkişaf etdirilən qabiliyyətləri itirmək riskimiz var.
Daha real təhlükə iqtisadidir.
Maşınlar məzmunu daha ucuz və daha sürətli yaradırsa, bu, insan yaradıcılığının kommersiya dəyərini sarsıdacaq. Nəticədə rəssamlara, yazıçılara, musiqiçilərə və digər yaradıcı peşə sahiblərinə tələbat azalacaq.
Bu da öz növbəsində incəsənətə investisiyaların və təhsilin azalmasına gətirib çıxaracaq.
Uzunmüddətli perspektivdə bu, mədəniyyətin və əyləncənin mahiyyətini dəyişə bilər: əksər məzmun maşınlar tərəfindən yaradılacaq və insan yaradıcılığı üçün motivasiya zəifləyəcək. Sənətin yalnız maşınlar tərəfindən yaradıldığı bir dünya reallığa çevrilə bilərmi?
Cavab hələ də aydın deyil. Ancaq süni intellektdən istifadə və unikal insan potensialının inkişafı arasında tarazlığı necə saxlamaq barədə düşünmək vacibdir.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə