Nissan Tokio avtosalonuna unikal avtomobillər hazırlayır

...10-12 yanvar 2025-ci il tarixlərində keçiriləcək Tokio avtosalonunda Nissan Kolleci tələbələri üç unikal avtomobil layihəsini nümayiş etdirəcəklər. Bunlara Nissan Z Lealia universalı, Neo Skyline kupesi və Bluebird Maxima sedanı daxildir.

SİA-nın məlumatına görə, "Lead" (aparıcı) və "Familia" (ailə) sözlərinin birləşməsindən adlandırılan Lealia ikinci nəsil Nissan Stagea (2001-2007) platformasına əsaslanır. Altı ay ərzində tələbələr Nissan Z-dən (Fairlady Z) ön hissə və Nissan Leaf-dan arxa hissə əlavə edərək, əsas avtomobili yenidən dizayn etdilər.

Neo Skyline Skyline Coupe (Infiniti G35) əsasında hazırlanıb və 1970-ci illərin ikonik Kenmeri Skyline-dan ilhamlanan dizaynı alıb. Avtomobil retro faralar, orijinal radiator barmaqlığı və iki rəngli kuzov dizaynı ilə seçilir. Üçüncü layihə 1980-ci illərin Bluebird Maxima modelinin yenidən dizaynıdır və hazırda klassik silueti müasir idman elementləri ilə birləşdirib.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə