...Büdcə modeli Dacia Sandman, şübhəsiz ki, bir çox alıcı tapa bilən böyük bir ailə üçün praktik bir avtomobildir.
SİA-nın əldə etdiyi məlumata görə, internetdə parlaq dizaynlı avtomobil nümayiş etdirilib.
Belə rahat model artıq istehsal olunmayan Dacia Dokker minivenini əvəz edə bilər –çünki model köhnəlib və o, cərgədə 7 nəfərlik Dacia Jogger universalı ilə əvəz edilib. Lakin AutomagzPro kanalı yeni praktik avtomobil Dacia Sandman 4x4 üçün dizayn hazırlamağa qərar verib.
Qeyd edilməlidir ki, bu həvəskar işdir və Renault və Dacia ilə heç bir əlaqəsi yoxdur.
Nəticə maraqlıdır, lakin biz artıq bilirik ki, yeni 3-cü nəsil Duster əsasında böyük Dacia Bigster krossoveri tezliklə satışa çıxarılacaq.
Model üçün konveyer artıq qurulur. Dacia Bigster-in ilk nüsxələrinin 2024-cü ilin sonuna qədər istehsal ediləcəyi gözlənilir.
Krossover 2025-ci ildə satışa çıxmalıdır. Dacia Bigster modeli baza versiyası üçün təxminən 25.000 avroya başa gələcək. Yeni məhsulun praktikliyini və ölçüsünü nəzərə alsaq bu əla təklifdir.
Bununla belə, bu, tarixin ən bahalı Dacia modelidir.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə