İsveçrə çempionatında 14-cü turun oyunları keçirilib. SİA xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun çıxış etdiyi “Qrasshopper” doğma meydanda “Lutsern”lə qarşılaşıb. Görüş qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Renat da bu görüşün iştirakçısı olub. O, 46-cı dəqiqədə meydana çıxıb, 90-cı dəqiqədə isə sarı vərəqə alıb.
Qeyd edək ki, “Qrasshopper” 14 turdan sonra 17 xalla 10 iştirakçı arasında 7-ci pillədə qərarlaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB