“Xan Lənkəran”da türkiyəli baş məşqçi

Məşqçilik fəaliyyətinə 1995-ci ildən başlayan İbrahim Uzunca "Adana Dəmirspor", "Ərciyespor", "Osmaniyəspor" futbol klublarının sükanı arxasında çalışıb. O, məşqçi kimi “Bakı”nın əvəzedici komandasına çempionluq yaşadıb.

“Xan Lənkəran”ın yeni baş məşqçisi məlum olub. SİA xəbər verir ki, Türkiyənin “Adana Dəmirspor” klubunun əfsanələrindən sayılan, UEFA Pro kateqoriyalı, TFF 1-ci Liqasında çalışmış İbrahim Uzunca "Xan Lənkəran"ın baş məşqçisi postuna təyin olunub.

Bu barədə Region Liqasında mübarizə aparan klubun mətbuat xidməti məlumat yayıb.

Məşqçilik fəaliyyətinə 1995-ci ildən başlayan İbrahim Uzunca "Adana Dəmirspor", "Ərciyespor", "Osmaniyəspor" futbol klublarının sükanı arxasında çalışıb. O, məşqçi kimi “Bakı”nın əvəzedici komandasına çempionluq yaşadıb.

Bütün xəbərlər Facebook səhifəmizdə