İbrahim Özdemir Qalatasaray rəhbərliyinə - NAMİZƏD OLDU

İbrahim Özdemir Qalatasaray rəhbərliyinə - NAMİZƏD OLDU

Keçmiş nazirlərdən olan İbrahim Özdemir, Qalatasaray Klubunda prezidentliyə namizəd olduğunu açıqlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Mecidiyeköydəki ofisində mətbuat konfransı təşkil edən Özdemir, 19 iyun sarı-qırmızılı klubda keçiriləcək ümumi məclisdə prezidentlik uğrunda mübarizə aparacağını bildirib.

Əhəmiyyətli bir idarəetmə qrupu qurduqlarını ifadə edən Özdemir, "Çox sevdiyimiz Qalatasaraya xidmət etməyə başlayacağıq. Bu hazırlığı dostlarımla birlikdə etdik və son 3-4 ildə vaxtaşırı masaya qoyaraq həll yolları axtarırdıq. Necə uğurlu ola biləcəyimizi diqqətlə düşündük və qarşımıza qoyduq ki, planlarımızı, layihələrimizi hazırlayaq. Namizədliyimizi də gündəmə gətirdik. Mən yaxşı bir işçi qrupu yaratdığımıza inanıram” dedi.

Müəllif: Zərdüşt Quluzadə

Bütün xəbərlər Facebook səhifəmizdə