Fənərbaxçanın tanınmış qapıçısı Volkan Dəmirəl Bodrumda görülüb. Onun xanımı 2009-cu ildə Belçika gözəli seçilmiş Zeynep Sever Demirel tanışlıq hekayələrini bu cür dilə gətirib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Aspat çimərliyində görülən keçmiş milli qapıçı dostu ilə birlikdə dənizdə olub. Dostu ilə uzun müddət şezlonqda söhbət edib.
Xanımı Zeynep Sever Demirel açıqlamasında bunları deyib: "2009-cu ildə Belçika gözəli seçildim. Sonra dünya gözəllik yarışmalarına qatıldım. Əslində Türkiyədə anadan olmuşam. Buna görə də türkcəm daha yaxşıdır. 12 yaşımda ailəmlə birlikdə Belçikaya köçmüşük və mən evlənənə qədər Belçikada qaldıq. Belçika vətəndaşlığımız var, ailəm hələ də orada yaşayır. Türkiyəyə gəlişim tam bir romantikadır. Bacım da Türkiyədə yaşayır və yay aylarında tətilə Türkiyəyə gəlirdik. O dövrdə lisey şagirdi idim. Yayda İstanbula gəlmişdim, dostumuzun ad günü idi. Təsadüfən Volkan da eyni yerdə idi və dostumu tanıyırdı. Volkan məni gördü, telefon nömrəmi istədi. Futbolçu olduğu üçün geri addım atdım. Volkanı tanıyırdım, tanıdığım bir ad idi, buna görə istəmirdim. Məni "Facebook"dan da əlavə etdi, hələ də etiraz edirdim. Həqiqətən onun futbolçu olması məni qorxudurdu. Bir az vaxt keçdi, danışmağa başladıq. Bir il sonra Türkiyəyə gəldim, görüşdük. Volkan özünü mənə sübut etdi. Münasibətimiz belə başladı və indi 10 ili geridə qoymuşuq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB