Mançester derbisi qolsuz bitdi, “Çelsi” "Everton"a məğlub oldu

Mançester derbisi qolsuz bitdi, “Çelsi” "Everton"a məğlub oldu

Futbol üzrə İngiltərə Premyer Liqasında 12-ci turun oyunları keçirilir.

SİA xəbər verir ki, şənbə günü dörd qarşılaşma baş tutub.

“Çelsi” bu turda son həftələrdə qələbə qazana bilməyən “Everton”la qarşılaşıb. “Zadəganlar” bu oyundan minimal hesabla məğlub ayrılıblar.

“Vulverhempton” da evdə “Aston Villa”ya oxşar hesabla uduzub. Üç qolun qeydə alındığı “Nyukasl” – “Vest Bromviç” matçı meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.

Turun mərkəzi görüşü Mançesterdə keçirilib. “Mançester Yunayted” doğma meydanda “Mançester Siti”ni qəbul edib. Derbidə qapılara qol vurulmayıb.

İngiltərə Premyer Liqası

12-ci tur

11 dekabr

Lids – Vest Hem 1:2

Qol: Klix, 6-pen – Souçek, 25. Oqbonna, 80.

12 dekabr

Vulverhempton – Aston Villa 0:1

Qol: El-Qazi, 90+4-pen.

Nyukasl – Vest Bromviç 2:1

Qol: Almiron, 1. Qayle, 82 – Furlonq, 50.

Mançester Yunayted – Mançester Siti 0:0

Everton – Çelsi 1:0

Qol: Siqurdsson, 22-pen.

13 dekabr

16:00 Sauthempton – Şeffild Yunayted

18:15 Kristal Pelas – Tottenhem

20:30 Fulhem – Liverpul

23:15 Arsenal – Bernli

23:15 Lester – Brayton

Bütün xəbərlər Facebook səhifəmizdə