Millimizin və "Qarabağ"ın kapitanı koronavirusdan sağaldı

Azərbaycan millisinin və "Qarabağ" komandasının kapitanı Maksim Medvedev koronavirusdan sağalıb. SİA-nın məlumatına görə, 31 yaşlı futbolçunun növbəti testi mənfi olub. Hazırda Lüksemburqda olan müdafiəçi yaxın günlərdə Azərbaycana qayıdacaq.

Ağdam təmsilçisinin Xorvatiyada olan digər müdafiəçisi Rahil Məmmədov isə bu gün növbəti dəfə testdən keçib. Testin cavabı hələ məlum deyil.

Qeyd edək ki, Maksim Medvedevin testi UEFA Millətlər Liqasının VI turunda səfərdə Lüksemburqla qarşılaşmadan əvvəl müsbət olub. Rahil Məmmədovun isə V turda Monteneqro ilə görüşdən əvvəl koronavirusa yoluxduğu aşkarlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...