"Bavariya" Müllerlə müqavilənin 2023-cü ilə qədər uzadılması barədə razılığa gəlib

"Bavariya" futbolçusu Tomas Müllerlə yeni müqavilə imzalamaq üçün danışıqlara başlayıb.

SİA Almaniya mətbuatına istinadən xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi müqavilənin müddətinin 2023-cü ilə kimi uzadılması təklifi ilə razılaşıb. Hazırda tərəflər arasında maaş barədə müzakirələr aparıldığı vurğulanıb.

Xatırladaq ki, T.Müller 2008-ci ildən Münhen təmsilçisinin formasını geyinir.

Bütün xəbərlər Facebook səhifəmizdə