"Bavariya" futbolçusu Tomas Müllerlə yeni müqavilə imzalamaq üçün danışıqlara başlayıb.
SİA Almaniya mətbuatına istinadən xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi müqavilənin müddətinin 2023-cü ilə kimi uzadılması təklifi ilə razılaşıb. Hazırda tərəflər arasında maaş barədə müzakirələr aparıldığı vurğulanıb.