Azərbaycanın beynəlxalq dərəcəli hakimi Fuad Ağayev Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən yeni təyinat alıb. SİA-nın məlumatına görə, həmyerlimiz Çağırış kuboku yarışlarında mübarizə aparan Türkiyənin “Beylikdüzü” və Slovakiyanın “Slaviya” komandaları arasında keçiriləcək görüşün ikinci hakimi olacaq. Oyunu yunanıstanlı baş hakim Nikolaos Angelidis idarə edəcək.
Turnirin 1/16 final mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək görüş dekabrın 18-də İstanbulda Burhan Felek Voleybol Salonunda təşkil olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB