Türkiyə Superliqasının 32-ci turuna "Bursaspor"-"Antalyaspor" oyunu ilə start verilib.
SİA-nın məlumatına görə, "Bursaspor" səfərdə oynamasına baxmayaraq 1:0 hesabı ilə qalib gəlib.
Bu qələbə ilə vacib 3 xal qazanaraq xalını 33-ə yüksəldən Bursa təmsilçisi turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb, "Antalyaspor" isə 42 xalla 7-ci pillədə qalıb.
"Antalyaspor" - "Bursaspor" - 0:1
Qol: Şedju, 16
Turnir cədvəlinə 63 xalla "Qalatasaray" başçılıq edir. Eyni xala malik "Başakşəhər" 2-ci, "Beşiktaş" 59 xalla 3-cüdür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB