Orqanizmində qadağan olunmuş preparat aşkarlanan Azərbaycanın daha bir ağırlıqqaldıranı Azər Məmmədlinin cəza müddəti açıqlanıb. SİA-nın xəbərinə görə, bu barədə Beynəlxalq Ağırlıqqaldırma Federasiyası (IWF) məlumat yayıb.
105 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən 23 yaşlı idmançı 4 il müddətinə diskvalifikasiya olunub.
Orqanizmində etioxolanolon maddəsi tapılan Məmmədlinin cəzası 17 iyul 2018-ci ildən qüvvəyə minib.
IWF bu ili Azərbaycanın 3 ağırlıqqaldıranından - Azər Məmmədli, Elmar Alıyev və Hüseyn İsmayılovdan götürülən nümunələrin müsbət nəticə verdiyini açıqlayıb. Son iki idmançının cəza müddəti hələlik elan edilməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB