"Qarabağ" bu gün "Arsenal" ilə qarşılaşacaq

"Qarabağ" bu gün "Arsenal" ilə qarşılaşacaq

Oktyabrın 4-də Avropa Liqasının qrup mərhələsində ikinci turun oyunları çərçivəsində “Qarabağ” komandası İngiltərənin "Arsenal" klubunu qəbul edəcək. SİA-nın məlumatına görə, Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 20:55 başlayacaq. Oyunu İtaliyadan hakimlər briqadası idarə edəcək. Matçın əsas hakimi Davide Massa olacaq. Filippo Meli və Alessandro Kostantso yan xətt hakimi funksiyasını yerinə yetirəcəklər.

E qrupun digər oyunu Ukraynada oynanılacaq. "Vorskla" klubu Portuqaliyanın "Sportinq" komandasını qəbul edəcək.

İlk turda "Arsenal" "Vorskla"nı (4:2), "Sportinq" isə "Qarabağ"ı (2:0) məğlub etmişdi.

Qeyd edək ki, “Qarabağ” - “Arsenal”, “Vorskla” - “Sportinq” oyunlarından əlavə, UEFA Avropa Liqasında ikinci tur çərçivəsində 22 oyun keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə