"Zirə"nin stadionuna təbii ot örtüyünü salınacaq

"Zirə"nin stadionuna təbii ot örtüyünü salınacaq

Zirə İdman Kompleksinin stadionunun süni örtüyü dəyişdiriləcək. SİA-nın məlumatına görə, bunu AFFA İcraiyyə Komitəsinin iclasından sonra qurumun baş katibi Elxan Məmmədov açıqlayıb.

O, "Zirə"nin ev oyunlarını keçirdiyi meydançaya təbii ot örtüyünün salınacağını bildirib. AFFA-nın vəsaiti hesabına görüləcək işlər iyulda başlayacaq.

E.Məmmədov "Zirə"nin stadionundakı işlər tamamlandıqdan sonra "Keşlə"nin ev oyunlarını keçirdiyi "İnter Arena"nın meydançasına təbii ot örütüyünün salınacağını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə