“Kəpəz”in əvəzedici heyətinin üzvü Fərid Məmmədov ilk dəfə olaraq əsas komandaya çağırılıb. SİA-nın məlumatına görə, “sarı-göylər”in baş məşqçisi Yunis Hüseynov “Sumqayıt”la oyun öncəsi gənc futbolçuya dəvət göndərib. F.Məmmədov dünən keçirilən məşq prosesində də iştirak edərək özünü ən yaxşı tərəfdən göstərməyə çalışıb.
Mövqecə sol cinah yarımmüdafiəçi olan Fəridin 18 yaşı var. O, əvəzedici heyətlə yanaşı, klubun U-19 komandasının da şərəfini qoruyur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB