“Çelsi"nin baş məşqçisi Antonio Konte ölkəsinə qayıda bilər. SİA-nın məlumatına görə, təcrübəli mütəxəssis yenidən İtaliya millisinin “sükanı arxası”na keçməkdə maraqlıdır.
Bunu İtaliya Futbol Federasiyasının rəsmisi Roberto Fabbritsini də təsdiqləyib. Onun sözlərinə görə, bu yaxınlarda Romada olan 49 yaşlı çalışdırıcı İngiltərəyə və Premyer Liqaya uyğunlaşmaqda çətinlik çəkir. Fabbritsini onun yaxın gələcəkdə yenidən “Skuadra Adzurra”ya təyinatının sürpriz olmayacağı qənaətindədir.
Qeyd edək ki, Antonio Konte 2014-2016-cı illərdə İtaliya millisini çalışdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB