"Keşlə" iki futbolçusu ilə yollarını ayırıb

"Keşlə" iki futbolçusu ilə yollarını ayırıb

"Keşlə" iki futbolçusu ilə yollarını ayırıb. SİA-nın məlumatına görə, bu barədə komandanın baş məşqçisi Ramiz Məmmədov MOİK-lə kubok oyunundan sonra keçirilən mətbuat konfransında məlumat verib.

O, yarımmüdafiəçilər Nizami Hacıyev və Mirhüseyn Seyidovun klubdan göndərildiklərini açıqlayıb. R.Məmmədov bildirib ki, göndəriləcək futbolçuların siyahısına daha bir neçə nəfər əlavə olunacaq.

Qeyd edək ki, Nizami Hacıyev yaxın günlərdə "Neftçi" ilə müqavilə imzalayacağını açıqlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə