Bonuççi: "O hərəkəti qəsdən etməmişdim"

Bonuççi: "O hərəkəti qəsdən etməmişdim"

“Milan”ın müdafiəçisi Leonardo Bonuççi “A” seriyasının 9-cu turunda “Cenoa” ilə oyunda aldığı qırmızı vərəqədən danışıb. SİA-nın məlumatına görə, təcrübəli futbolçu rəqibinə qəsdən zərbə endirmədiyini bildirib: “Belə alındığı üçün çox məyusam. Təəssüf ki, hər şey bir anın içində baş verdi. O hərəkəti qəsdən etməmişdim. Buna görə də dərhal matçdan sonra Alesandro Rozidən üzr istədim. Onu vurmaq istəmirdim. Cəza səbəbindən “Yuventus”a qarşı oynamayacağam. Nə etmək olar? Qismət. Bu müddətdə tam gücümlə məşq etməyə çalışacağam ki, meydana qayıdarkən formada olum”.

Bütün xəbərlər Facebook səhifəmizdə