"Liverpul"un zədəli hücumçusu milliyə dəvət alıb

"Liverpul"un zədəli hücumçusu Sadyo Mane Seneqal millisinə dəvət alıb. SİA-nın məlumatına görə, diz bağlarında problemlər olan hücumçu CAR-la 10 və 14 noyabrda keçiriləcək oyunlara görə millinin düşərgəsinə çağrılıb.

"Fikrimcə, Mane CAR-la oyuna qədər tam hazır olacaq. Bura qədər fərdi proqramla məşq edirdi. Amma növbəti həftədən topla çalışmalara başlayacaq", -deyəSeneqalın baş məşqçisi Aliu Sisse bildirib.

Qeyd edək ki, Mane DÇ-2018-in seçmə mərhələsində Kabo-Verde ilə oyunda (2:0) zədələnmişdi. "Liverpul"un məşqçilər korpusu onun 6 həftə meydana çıxmayacağını bildirmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...