Azərbaycan - Türkiyə oyununun hakim-inspektoru və UEFA nümayəndəsi müəyyənləşib
Avro-2012-nin seçmə mərhələsi çərçivəsində oktyabrın 12-də, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan – Türkiyə oyununun hakimləri bərədə məlumat vermişdik. SİA AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, artıq qarşılaşmanın hakim-inspektoru və UEFA nümayəndəsi də müəyyənləşib. Serbiyalı Neboyşa İvkoviç qitə futbol qurumu tərəfindən bu oyuna nümayəndə kimi təyinat alıb. Hakimlərin işini qiymətləndirmək isə İrlandiyanı təmsil edən Con Varda tapşırılıb.
Azərbaycan – Türkiyə oyununu idarə edəcək hakimləri bir daha diqqətinizə çatdırırıq:
Baş hakim: Aleksandru Dyakonu
Baş hakimin köməkçiləri: Adrian Vidan, Radu Ghinguleac
Dördüncü hakim: Sebastyan Koltesku
(Hakimlər briqadası Rumıniyadandır)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB