"Qarabağ" dərhal hazırlıqlarına başlayıb

"Qarabağ" "Gəncə" ilə oyunun hazırlıqlarına dərhal başlayıb. Klubun rəsmi saytından SİA-ya verilən məlumata görə, AZAL-la dünən baş tutan 5-ci tur mücadiləsindən sonra komanda istirahət etmədən təxirə salınmış oyunun hazırlıqlarına başlayıb. Bu gün komanda səhər saatlarında tək çalışma ilə bu günü başa vurub. Dünənki mücadilədə 90 dəqiqə oynayan futbolçular yüngül qaçışla kifayətlənib. Digər futbolçular isə 90 dəqiqə məşq edib.
Xatırladaq ki, komanda sentyabrın 22-də saat 17:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda "Gəncə" ilə qarşılaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə