"Kəpəz"in məşqçilər korpusunda yeni təyinat gerçəkləşib. SİA-nın məlumatına görə, Gəncə klubunun U-19 komandasının baş məşqçisi olan Vidadi Rzayev bundan sonra fəaliyyətini əsas komandada davam etdirəcək. O, baş məşqçi Şahin Diniyevin köməkçisi olacaq. A kateqoriyasına malik Rzayevlə bir il müddətinə müqavilə bağlanacaq.
Qeyd edək ki, həm futbolçu, həm də məşqçi kimi doğma klubunda çalışan mütəxəssis ayrı-ayrı illərdə "Kəpəz"in məşqçisi və baş məşqçisi işləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB