Bakıda İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) 25-ci İcraedici Kollegiya iclası keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Səudiyyə Ərəbistanı Krallığının Şahzadəsi, İslam Həmrəyliyi İdman Federasiyasının prezidenti və Səudiyyə Ərəbistanı Milli Olimpiya Komitəsinin prezidenti Abdullah bin Mosaad bin Əbdüləziz Əl Səud, Azərbaycanın gənclər və idman naziri, "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov, Milli Olimpiya Komitəsinin və İHİF-in vitse-prezidenti Çingiz Hüseynzadə, İHİF-nın baş katibi Faysal Abdulaziz Əl-Nassar, Türkiyənin gənclər və idman naziri Akif Çağatay Kılıç, nazirin müavini Faruk Özçelik və MOK-un Beynəlxalq Əlaqələr İdarəsinin rəisi, "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin katibi Könül Nurullayeva və digərləri iştirak ediblər.
İclasda Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının hazırlığı ilə bağlı bir çox məsələlər haqqında məlumat verilib və müzakirələr aparılıb. İştirakçılar "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarının təşkilati işlərindən razı qaldıqlarını bildiriblər.
Toplantıda həmçinin 2021-ci ildə V İslam Həmrəyliyi Oyunlarının Türkiyənin İstanbul şəhərində keçiriləcəyi qeyd olunub. Türkiyənin Oyunların hazırlığı üçün lazım olan bütün işləri yüksək səviyyədə yerinə yetirəcəyi vurğulanıb.
İclasdan sonra media nümayəndələri üçün mətbuat konfransı təşkil edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB