"Bavariya"nın baş məşqçisi Karlo Ançelotti "Bavariya"da qalmaq istədiyi haqqında danışıb. Apasport.az saytının məlumatına görə, "Hoffenhaym"ın çalışdırıcısı Yulian Naqelsmanın açıqlamasına cavab verən italiyalı maraqlı məsələlərə toxunub.
"Naqelsman nə vaxtsa "Bavariya"da işləsə, onun adına çox sevinərəm. Ola bilsin ki bu, 10 il sonra baş versin, ya da 20 il. O seçilən mütəxəssislərdəndi, öz klubunda yaxşı işlər görüb. Uğurlar arzulayıram. Mənə gəlincə isə, "Bavariya"da daha 10 il qalmaq istərdim. Ya da 20 il, niyə olmasın ki? Hələ 3 illik müqaviləm var və özümü burda evimdəki kimi hiss edirəm" – deyə Ançelotti "goal.com"a açıqlamasında bildirib.
Qeyd edək ki, italiyalı təcrübəli mütəxəssis 2016-cı ildən Münhen klubunda işləyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB