Çinin "Quançjau" klubu "Barselona"nın futbolçusu Arda Turanı transfer etmək istəyir. "Fanatik" qəzetinin yaydığı xəbərə görə, Çin təmsilçisi türk yarımmüdafiəçiyə 3 ilinə 50 milyon avro qazanacağı müqavilə təklif edib. O, bu müqavilən təklif edəcəyi təqdirdə, klub "Barselona" ilə danışıqlara başlayacaq. Qeyd edək ki, A.Turan Kataloniya klubunda ilinə 5 milyon avro qazanır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB