Bezotosnı: "Əsas odur ki, meydan yaxşı səviyyədə olsun"

Bezotosnı: "Əsas odur ki, meydan yaxşı səviyyədə olsun"

"Əsas odur ki, matç zamanı meydan yaxşı səviyyədə olsun. Bu stadionda məşq etməməyimiz problem olmayacaq". SİA-nın məlumatına görə, bunu "Qəbələ" klubunun qolkiperi Dmitri Bezotosnı Avropa Liqasının qrup mərhələsində "Sent-Etyen"ə qarşı keçiriləcək matçdan öncə mətbuat konfransında deyib.

O, sabah meydana kapitan kimi çıxma ehtimalının olmasına da münasibət bildirib: "Qapıçı da digər futbolçular kimi oyunçudur. Onun da kapitan kimi meydana çıxması mümkündür. Bu, sadəcə əlavə məsuliyyətdir. Əslində qolkiperin kapitan olması ciddi fərq eləmir. Hər matçı qol buraxmadan keçirmək, yaxşı oyun nümayiş etdirmək, xallar qazanmaq istəyirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə